“İrəli” İB şəhid ailələri ilə görüşünü davam etdirir - FOTOLAR

44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizintanıdılması və onların xatirəsinin yad edilməsi istiqamətində “İrəli” İctimai Birliyi tərəfindənkompleks tədbirlər həyata keçirilir. SİA xəbər verir ki, Təşkilatın İdarə Heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Quba, Qusar, Neftçala, Biləsuvar, Masallı rayonunda yaşayan 10-dan çox şəhid ailəsi ilə görüşüb, Vətən müharibəsində öz canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət olunub.

​Ziyarət zamanı birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin xatirəsi ehtiramla yad edilib. Görüşdə Vətən müharibəsində bütün xalqların nümayəndələri yaxından iştirak etməsi, əsgər və zabitlərimizin bir amal naminə xidmətlər göstərməsi qeyd olunub. Həmçinin vurğulanıb ki, dövlətin diqqəti və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək, şəhidlərimizin xatirəsini əziz tutmaq hər bir Azərbaycan gəncininvətəndaşlıq borcudur.

​Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlarla söhbətlər aparılıb, şəhid olmuş hərbçilərimizin döyüş yolundan, şücaət və qəhrəmanlığından danışılıb.

​Qeyd edək ki, “İrəli” İctimai Birliyi tərəfindən ölkəmizin digər bölgələrində də qəhrəman şəhidlərimizin ailələri ilə görüşlərə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə