""Reket jurnalistlər"ə qarşı xüsusi qaydalar işlənib hazırlanmalıdır" - MƏRKƏZ SƏDRİ AÇIQLADI

Jurnalistikadan istifadə edərək şantajla məşğul olan şəxslərə Azərbaycanda "reket jurnalistlər" deyirlər. Onlar, əsasən, kiçik tirajlı qəzetlərdə və məmurlarla biznesmenlər haqqında "ifşaedici" məqalələr dərc edən saytlarda işləyirlər.

Məsələ ilə bağlı Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu SİA-ya açıqlamasında öz münasibətini bu cür bildirib: "Reket əməlli jurnalistlərin idarə edikləri dırnaqarası KİV orqanındakı yazılardan bir cümləni oxumaq kifayətdir ki, onların hansı təfəkkürə malik olduğu anlaşılsın. Belə insanların nəzarətində olan saytları bloklamaq üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə