Utancaqlığı ən asan bu üsulla aradan qaldırmaq olar - DİQQƏT! - PSİXOLOQ AÇIQLADI

“İnsanlar xarakter baxımından bir neçə kateqoriyaya ayrılır. Elə insanlar var ki, onlarda utancaqlıq özünü daha çox biruzə verir. Sadəcə bu tək xarakterə məxsus olan xüsusiyyət deyil”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bəzən uşaqlarda kiçik yaşlarında valideynlər tərəfindən özgüvən sındırılması olur: “Məhz belə uşaqlarda da utancaqlıq yaranır. Məsələn, valideynlər deyir ki, “kimnənsə yemək götürmək olmaz!”, “kiminsə əşyasına toxunmaq olmaz” və s. Bu tip, həddindən artıq perfeksionist valideynlərin uşaqlarında utancaqlıq özünü qabarıq şəkildə göstərir”.

“Həmçinin, çox danlanan uşaqlarda da utancaqlıq olur. Bu tip insanlarda sözünü deyə bilməmək kimi xüsusiyyət var. Onlarda ünsiyyətə girə bilməmə problemi özünü göstərir. Gözləyirlər ki, özləri heç nə etməsin, deməsin, amma qarşı tərəf onları danışdırsın və yaxud da saatlarla dükanda vaxt keçirib bir söz soruşa bilmirlər”.

Psixoloq sözlərinə belə davam edib: “Bəzən onlar çox kompleks yaşayırlar. Hətta, özgüvən o qədər aşağı düşür ki, evdən bayıra çıxa bilmirlər. Bu, artıq utancaqlığın ağırlaşmış formasıdır. Utancaqlıq ümumiyyətlə, xarakter kimi götürülərsə, bu hamımızda var. Amma, əsassız şəkildə və boş yerədirsə düzgün deyil. Məsələn, mən insanlar arasında yıxılmışamsa bundan utanmağım real səbəbdir. Biri də var real olmayan səbəblər. Məsələn, özünü kifir hiss etmək, kök hiss etmək, danışığını, səs tonunu bəyənməmək və s. Bunlar özgüvənin aşağı olduğunun göstəricisidir”.

“Həlli yolu isə özgüvənin qaldırılması ilə olur. Bunun üçün də insanın müsbət xüsusiyyətlərini ona xatırlatmaq və göstərmək lazımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə