Son illərdə inkişaf edən texnologiya uşaqların gec danışmasına səbəb oldu. Elə isə danışmayan uşağa nə etmək olar? SİA xarici mətbuata istinadən, danışa bilməyən və ya gec danışan uşaqlar üçün 5 təklifi təqdim edir.
Texnologiya həyatı asanlaşdırsa da, bəzi şeyləri çətinləşdirir. Xüsusilə, inkişaf dövründə olan uşaqlar üçün gündən-günə təhlükəli olan elektron cihazlar uşağın sosial həyatını məhdudlaşdırır.
Danışa bilməyən uşaqlara 5 təklif:
1. Bir müddət televizordan və telefondan uzaq durun.
2. Onları həmyaşıdları ilə görüşdürün.
3. Ailə ilə daha çox vaxt keçirin və birlikdə oyunlar oynayın.
4. Danışarkən düzgün cümlələr qurun, körpəyə bənzər ifadələr işlətməyin.
5. Təsvirli hekayələri olan kitabları oxuyun. Gördüklərinizi ona düzgün söyləyin və təkrar etməsinə icazə verin.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB