“İnsanda bioloji yaş, yoxsa psixoloji yaş önəmlidir? Bu, doğrudan da bir az individual, həssas yönlü məsələ kimi həll olunur. Amma fakt var ki, biz akademik dəyərləri ölçərkən, məsələn, uşaqları bağçaya, məktəbə qəbul edərkən onların akademik dəyərlərini İQ-lərini ölçürlər və bu İQ istəsə də, istəməsə də onun fiziki olaraq yaşına uyğun nisbətlə götürüb baxırıq. Yəni, iki yaşında uşağın bilməli olduğu akademik dəyərlər var ki, məsələn, adını, yaşını və əşyaların adını bilməlidir. Üç yaşında uşağın bilməli olduğu şeylər var ki, fikir verirsinizsə, ilk olaraq bioloji yaşını deyirik, sonra 10 yaşa cavab verən dəyərlər var və dəyərlər 10 yaşa cavab vermirsə, deməli, haradasa problem yaşanır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, yəni dəyərlər yaşdan aşağıdırsa yaş yuxarıdır, dəyərlər aşağıdırsa deməli, hər hansı bir problem olur və yaxud da ki, bir fakt da var. Məsələn, yeniyetməlik dövrü, deyirlər ki, hormonal, hormonların aktiv hala gətirildiyi dövrdür və bu zaman da uşağın psixoloji, ruhsal halına təsir edir. Psixoloji hala fiziki hal təsir etdiyinə görədir. Yaşın da hormonlara təsiri psixoloji təsirə gətirib çıxarır. Ruh halı psixoloji yaşa da təsir edir. Məsələn, bir uşağı psixoloji təsir altına salaq, təcavüz, ancaq evin içində qalsın, döyülsün və yaxud da evin içində heç bir şey öyrədilməsin. O, heç vaxt akademik dəyərlərə cavab verməyəcək. Yəni, onun psixoloji yaşı da aşağı olacaq”.
Psixoloq sölərinə belə davam edib: “Müəyyən bir yaş dövrü də var ki, bizim yaşımız artdıqca metobolizmamız aşağı düşür və sürəti aşağı düşəndə də köklük, arıqlıq olur. Bu da insanın ruh halına təsir edir. Ruh halına təsir edən hər şey də insanın psixoloji yaşına, yəni, xarakterinə, şəxsiyyətinin formalaşmasında korreksiyasına hamısı təsir edir”.
“Demək, burada yaş önəmi yoxdur. Bir-birilərini balanslaşdırmalıdır. Bioloji yaş ondadır, psixoloji yaş isə onun yanınca getməlidir. Bu, çox önəmlidir. Məsələn insan var ki, 60 yaşı var, amma psixoloji yaşı 30-dur. Elə şey olmur. Yaşlı insanlar danışanda deyirlər ki, mən özümü 30 yaşında, 40 yaşında hiss edirəm. O hiss etmək, hər bir insan hansı yaşda ilişib qalıbsa, hansı yaşdan başlamaq istəyirsə həyatı, özünü müəyyən bir yaşdan sonra o yaşda hiss edir. Amma bu yaşı hiss etmək onun fiziki yaşına uyğun olmayan hərəkətlər etməsinə dəlalət etməməlidir. Yəni, insanın ruh yaşı, psixoloji yaşı həyata baxışından, nikbinliyindən doğmalıdır, yüngülayaq olmamalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB