Aliment almaq hüququ kimdə olmalıdır? HÜQUQŞÜNAS AÇIQLADI

“Valideynlərə qəyyumluq haqqı verilmir. Valideyn boşanan zaman məhkəmə qətnaməsi ilə bir uşaq digəri tərəfindən saxlanılırsa, həmin valideynin digər valideyndən aliment almaq hüququna malikdir. Bir də var ki himayəçi anlayışı. Həm himayəçi, həm də patranaj. Himayəçi, yəni digər bir şəxs tərəfindən təyin olunur. Hansı ki, digər şəxsin qəyyumluğu və himayəsinə verilib. O valideyn sayılmır. Yəni, qəyyumu sayılır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin hüquqşünası Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, valideynlə bağlı yalnız ər-arvad boşanarsa uşağın kimin yanında qalmasına görə ona dövlət müavinət vermir: “Artıq bir tərəfin digər tərəfdən aliment almaq hüququ var. Sərəncam verilib qəyyumluğa vermək məsələsi artıq hər hansı bir ailədən kənar bir şəxsə verəndə olur”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Bir də ki, himayədar ailələr var ki, onunla bağlı hal-hazırda uşağın ailədə qalması ilə var-dövlət müavinəti açılması, xəstə uşağa baxılması ilə bağlı əgər hər bir insan onun üzərində patranaj təyin olunarsa, patranaj rayon icra hakimiyyəti tərəfindən sərəncam əsasında təyin olunur. Ona görə də həmin şəxs həmin insan üçün müavinət alır. Ancaq ər və arvad boşanan zaman onların digər tərəfdən aliment almaq hüququ var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...