Keyfiyyətsiz eynəklərdən qorunmağın - ƏN ASAN ÜSULU - HƏKİM- OFTALMOLOQ AÇIQLADI

“Keyfiyyətsiz günəş eynəkləri göz bəbəklərini enliləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru, Milli Oftalmologiya Mərkəzinin cərrah oftalmoloqu Şəhla Əsədova deyib.

Onun sözlərinə görə, optik eynəklər heç zaman keyfiyyətsiz olmur: “Bunun əsas səbəbi kimi onu deyə bilərəm ki, optik eynəklər biz həkimlər tərəfindən xəstələrimizə yazılır və onların istifadəsinə tam qarantiya verilir. Lakin günəş eynəklərinə eyni sözləri şamil edə bilməyəcəm. Günəş eynəklərinin şüşələri pis olduqda, sadəcə, gözü tündləşdirir. Və günəşin bütün zərərli şüaları birbaşa gözə təsir edir. İnsanlarımız da günəş eynəklərinin keyfiyyətinə fikir verməlidir, onun görünüşündən əlavə şüşəsinə də diqqət etməlidir. İnsanlar eynək seçimi edərkən pataxrom eynəklərə üstünlük verməlidir. Pataxrom eynəklərin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, həmin eynəklər zərərli şüaları gözə qəbul etmir, amma zərərsiz şüaları gözə qəbul edir. Cünki günəşin bəzi şüalarının bizim gözümüzə xeyri var. O şüalar gözləri qidalandırır və gözlərin inkişafında böyük rol oynayır.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...