2021-ci ilin iyul ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 231,9 manatdan 259,3 manata çatıb.
Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 % artım deməkdir.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyac meyarı 170 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB