YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov və digər rəsmi şəxslər Mərdəkan qəsəbə sakini, Vətən Müharibəsi şəhidi Abdullazadə Qasım Əli oğlunun doğum günündə məzarını ziyarət edib. SİA- xəbər verir ki, şəhidin ruhuna dualar oxunub və onun əziz xatirəsi ehtiramla yad edilib. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.
Görüşdə iştirak edən Abdullazadə Qasımın atası çıxış etmiş, əsgər və zabitlərimizin 44 günlük Vətən Müharibəsində göstərdikləri igidlik və şücaətdən danışmış, müharibədən sonra dövlətimizin və xalqımızın şəhid ailələrinə, qazilərə göstərilən diqqətdən razılığını bildirib.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB