İctimai nəqliyyatın şənbə-bazar günü işləməsi müzakirə olunmur - Prezidentin köməkçisi

İctimai nəqliyyatın şənbə və ya bazar günü işləməsi məsələsi hələlik müzakirə olunmur.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov jurnalistlərə deyib.

O qeyd edib ki, infeksiyanın tempinin artmasının bir çox səbəbləri var və ən böyük səbəblərdən biri insanların aktivliyidir: “Nəzər yetirsəniz, görərsiniz ki, şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi səbəbindən aktivlik aşağı düşür”.

Bütün xəbərlər Facebook səhifəmizdə