“Jurnalistikamız milli mətbuatımızın ənənələrini bu gün də yaşadır” - DEKAN MÜNASİBƏT BİLDİRDİ

“Ümumiyyətlə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistikası böyük fədakarlıq nümayiş etdirdi”. Bunu SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

Vüqar Zifəroğlu qeyd edib ki, istər cəmiyyətimizin baş verən proseslərlə bağlı obyektiv, dəqiq və dolğun şəkildə məlumatlandırılması, istərsə də düşmən tərəfin bizim informasiya məkanımıza müxtəlif dezinformasiya və feyk xəbərlərlə nüfuz etmələrinin qarşısının alınması, hətta dezinformasiyaların ifşa etdirilməsi istiqamətində Azərbaycan jurnalistləri böyük qüvvəsini göstərdi: “Bütün bunların hamısı onu deməyə əsas verir ki, Azərbaycan jurnalistikası əslində 1875-ci ildə əsası qoyulmuş milli mətbuatımızın ənənələrini bu gün də yaşadır. Bu gün jurnalistikamız cəmiyyətimizin, xalqımızın maariflənməsi bilgilənməsi üçün var qüvvəsi ilə səy göstərir. Eyni zamanda dövlətin, millətin daha da çiçəklənməsinə kömək edir. Jurnalistlər daha müasir dövrün tələblərinə uyğun şəkildə informasiya ilə təmin edilməsi istiqamətində daim çalışırlar”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə