Bəzi insanlar yanından yel əsəndə niyə xəstələnir? - HƏKİMDƏN MARAQLI NÜANSLARI DEDİ
“İnsanların tez-tez xəstələnmələri müxtəlif səbəblərdən ola bilər. Bunlardan birincisi insanlarda olan hərəkət məhdudluğudur. Belə ki, müasir dövr üçün xarakterik xüsusiyyətlərdən biri insanların az hərəkət etməsi, ən yaxın məsafələri belə avtomobillə qət etməsi və ayaqla yürüşdən imtina etməsidir”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Xatirə Əliyeva deyib.
Onun sözlərinə görə, ikinci böyük amil isə stres faktorudur: “Stres insanın tez-tez xəstələnməsinə səbəb olan ən böyük faktorlardan biridir. İnsanda qoruyucu funksiya olan immun sistemi vardır ki, stres bu sistemi zəiflədir. Stres nəticəsində bu orqanların hər hansı birində dəyişiklik olarsa, inanın xəstələnməsinə səbəb olur”.
Həkim sözlərinə belə davam edib: “İmmun sistemində olan zəifliklər iki qrupa bölünür: anadangəlmə və qazanılma. Anadangəlmə immun sistemində olan zəiflik irsi xəstəliklər nəticəsində baş verir. Qazanılmada isə kəskin stress nəticəsində orqanların işində dəyişiklik yaranır. Bu da həmin orqanların tez-tez zəifləməsinə səbəb olur”.
“İnsanlara məsləhətim odur ki, tez-tez xəstələnməmək üçüb stresdən uzaq durun, pozitiv olun, yaxşı şeylər düşünün, təmiz havada gəzin, “fast-food”lardan uzaq durun və təmiz su için”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB