YAP Xəzər rayon təşkilatının üzvləri şəhid ailəsini ziyarət ediblər - FOTOLAR

İyulun 16-da Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Axundov Mirzə Musa oğlunun ailəsini ziyarət ediblər. SİA xəbər verir ki, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və millət vəkili Soltan Məmmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə