Vətəndaşların sağlamlığının qorunması dövlətimizin ali məqsədlərindən biridir

Böyük-kiçik, yaşlı-cavan, imkanlı-imkansız bilməyən, heç bir sərhəd tanımayan koronavirus bir ildən çoxdur ki, dünyanı diz üstə çökdürüb. Milyonlarla insan bu infeksiyaya yoluxub, həm də milyonlarla insan isə onun qurbanı olub.

Qlobal pandemiyanın dünyaya yayılmağa başladığı ilk günlərdən Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı kompleks tədbirlər görüldü, ölkənin bütün resursları vətəndaşlarıın sağlamlığının qorunmasına səfərbər edildi. Virus ölkə sərhədlərinə yaxınlaşmazdan əvvəl Azərbaycan koronavirusla mübarizəyə qətiyyətlə qoşuldu, ona qarşı ciddi addımlar atdı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alaraq, hökumət infeksiyanın ciddiliyini anladı və dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi.

Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi .

Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Pandemiyadan yeganə xilas yolu vaksinasiyadır.

Tarixə də nəzər salsaq yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. 1990-2017-ci illərdə vərəm, hepatit, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü.

Dünyada iqtisadi itkilərin, təhsilin bərpa olunması üçün vaksinasiyanın olunması yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.

Masallı rayonunda da koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri böyük uğurla həyata keçirilmişdir.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) , rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.Ölkəmizin bütün regionlarında olduğu kimi Masallı rayonunda da Nazirlər kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan respublikasında COVİD-19 əleyhinə 2021-2022-ci il illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd oluhnası uğurla həyata keçirilir.Hörmətli Şahin müəllim pandemiya ilə bağlı mübarizə tədbirlərini daim diqqətdə saxlayır,vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu daim qeyd edərək,hər bir vətəndaşı bu işdə məsuliyyətli olmağa çağırıb.Hal hazırda rayonumuzda vaksinasiya prosesi uğurla davam etdirilir.

Sağlam və firavan gələcək öz əlimizdədir. Biz birlikdə güclüyük!. Vaksinasiya prosesində də bunun belə olacağına əminəm! İnşallah rayonumuz vaksinasiya prosesində birinci olacaqdır.

Əntiqə Tağıyeva,

Masallı tarix Diyarşünaslıq muzeyinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə