Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib

Yanvarın 20-də Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 kilometr cənub-şərqdə, Masallı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə