"Bu, dünya ölkələrinin Prezidentimizə olan böyük etimadın göstəricisidir"

"Bu gün Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir. Məhz 130-dan çox dövlətlərin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi bu faktın təsdiqidir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir". Bu fikri SİA-ya açıqlamasında YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Qüdrət Əlipənahov deyib.

Q.Əlipənahov bildirib ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilata sədrliyi öz üzərinə götürən zaman Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq: "Bu gün qrurverici haldır ki, dövlətimizin başçısının bu təklifi yekdilliklə qəbul edildi və artıq 130-a qədər ölkənin bu təşəbbüsə dəstək verməsi bir daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam və etimadı artmaqdadır”.

"Dövlət başçımız dəfələrlə çıxış edərək bildirir ki, hər bir işdə birlik, həmrəylik nümayiş etdirək", - deyən Q.Əlipənahov vurğulayıb ki, çünki biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik: "Bu günkü zamanda isə, dövlət başçımızın bütün çağırışlarına, karantin rejiminin qaydalarına əməl etməliyik. Ancaq bu gün özünü "müxadifətçi" qoyan vətəni, xalqı qrantlara satan “Milli Şura” adlandırılan anti-milli qurumun cinayətkar üzvləri pandemiyanın bütün dünyanı bürüdüyü zamanda xalq arasında çaşqınlıq yaratmaq istəyirlər. Ancaq hələ də anlamırlar ki, xalq onları 2003-cü ildən arxivin zibilliyinə atıb. Xalqımız hər şeyi yaxşı görür və öz dövlət başçısının aparldığı düşünülmüş siyasətinə dəstəkdir. Dövlət başçımızın dediyi kimi: "Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır".

Q.Əlipənahov onu da bildirib ki, dağıdıcı müxalifət kimi bu təşəbbüsü dəstəkləməyən işğalçı Ermənistan olub: "Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə hələ də pul dilənməkdədir".

Q.Əlipənahov onuda vurğulayıb ki, bu bir reallıqdır ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir: "130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi ölkəmizin, həm də dünyada artan reytinqinin göstəricisidir. Ən əsas məqam isə, Azərbaycanın beynəlxalq həmrəylik sahəsində hər bir təşəbbüsü, o cümlədən ümumdünya miqyasında fəlakətə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması ilə əlaqədar təşəbbüsü ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, tolerant, demokratik, özünü dünya birliyinin bir hissəsi kimi dərk edən dövlət olmasından xəbər verir. Ölkəmiz belə bir addım atmaqla bir daha sübuta yetirdi ki, dünya birliyi üçün əhəmiyyət kəsb edən heç nə ona yad deyil. Sülh, əmin-amanlıq, təhlükəsizlik, separatizmə və terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə dərindən sədaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin fundamental prinsipləridir. İnanırıq ki, dövlət başçımız cənab Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq və diplomatiya tariximizə ümumdünya problemlərinin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə