Ermənistanda yeni antirekord 517 nəfər!

Ermənistanda koronavirusa yoluxma halı ilə bağlı yeni antirekord müəyyən olunub. SİA xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin rəsmi saytında bir sutka ərzində virusa yoluxanların sayının 517 nəfərə çatdığı bildirilir. Beləliklə, ümumi say 10 009 nəfərə çatıb, daha 19 nəfər isə ölüb.

Həmçinin bildirilir ki, 3427 pasient xəstəlikdən sağalıb, 158 nəfəri isə həyatını itirib. Müalicədə 6368 xəstə var və Ermənistanda hazırkı dövrə qədər 59817 test keçirilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...