Masallı rayonunda dezinfeksiya işləri davam etdirilir

Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikanın hər bir yerində olduğu kimi Masallı rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri təkrarən davam etdirilir.

Nəticələr fayda verir. Bu gün, 8 aprel 2020-ci il tarixdə Masallı GEM və rayon Dezinfeksiya Stansiyasi "Muğan Bank", "Əmrah Bank", "Bioloji Təbabət Klinikası", (hamısı Masallı filialıdır) "Tuva" klinikası, Boradigah Sahə Xəstaxanası, 4 bankomat, “Xan çinar” şirkəti ərazisində yerləşən tərəvaz bazarı, "Bazarstore", "Al Market", "Oba Market", şəhər ərazizində 4 aptek, 28 ticarət və xidmət obeyktləri, ("Köhnə bazar" ərazisində) Qızlavar kəndi ərazisində 1 aptek, Mahmudavar kənd İƏD-də 1 fərdi yaşayış evi dezinfeksiya olunub.

Sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlər virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulub.

Hal hazırda dezinfeksiya işləri davam etdirlir.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...