65 yaşdan yuxarı insanların koronavirusdan qorunma YOLLARI

Dünyada tüğyan edən yeni növ koronavirus epidemiyası bütün ölkələrin fövqəladə vəziyyətə və ya karantin rejiminə keçməyə məcbur edib. Virusun ölkələrdə daha geniş yayılmasının qarşısınının alınması istiqamətində həm Ümümdünya Səhiyyə Təşkilatının tövsiyələri var, həm də bu istiqamətdə ölkələrin hökumətləri tərəfindən ciddi qərarlar qəbul olunur. Epidemiyanın yayıldığı bütün ölkələrdə əsas önəm yaşlı insanları vurusdan qorumağa çalışmaqdır. Çünki bütün dünya ölkələrinin səhiyyə mütəxəssisləri virusun 65 və ondan yuxarı yaşlı insanlarda daha riskli olduğunu bildirir. Məhz bu səbəbdən də bu yaş kateqoriyasına daxil olan şəxslərin evdən çıxmasına müəyyən məhdudiyyətlər, hətta qadağalar qoyulub.

Belə olan halda, hər kəsdə bir sual yaranır. Yaşı 65 və daha çox olan şəxslər özlərini COVİD-19 virusundan necə qorumalıdırlar?

Türkiyənin mikrobiologiya və yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cengiz Uzun bildirib ki, yaşı 65 və daha çox olan şəxslər digərləri ilə ən azı 1.5 metr məsafə saxlamalıdırlar.

Onun sözlərinə görə, bu yaş katerqoriyasına daxil olan şəxslər karantin müddətində ciddi gigiyena qaydalarına riayət etməli, sağlam qidalanmalı, çoxlu maye istehlak etməli və yaşadıqları mühiti tez-tez havalandırmalıdırlar: "

Koronavirusun SARS və MERS virusu ilə eynbi qrupda olduğunu deyən mütəxəssis söyləyib ki, lakin COVİD-19 digərləri qədər ölümcül olmasa da, onlardan fərqli olaraq daha tez yayılma sürətinə malikdir: "Sars virusundan ölüm halı yüzdə 11, Mersdə yüzdə 35, və ya 50-dirsə, koronavirusda bu rəqəm yüzdə 2 və ya 3.3-dür. Transmissiya dərəcəsi müxtəlif yaşlarda və cinslərdə fərqlənməsə də, yaşlılarda və xroniki xəstəliyi olan şəxslərdə xəstəliyin ölümcül təsiri daha yüksəkdir. Başqa sözlə, əldə edilən məhdud məlumatlar fonunda 30-39 yaşlareında koronavirusdan ölüm halı 0,2, 40-49 yaş qrupunda 0,4 faiz olduğu halda, 60-69 yaş aralığında bu nisbət 3,6 faizə qədər yüksəlir. Eynilə, 70-79 yaş qrupunda 8 faiz, 80 yaşdan yuxarı yaş həddi isə 14,8 faizdir. Buna görə də koronavirus epidemiyası zamanı 65 yaşdan yuxarı insanlar cəmiyyətdən daha yaxşı təcrid olunmalı və şəxsi gigiyenaya daha çox diqqət yetirməlidirlər".

Həkim söyləyib ki, ilk dəfə 2019-cu ilin sonunda Çinin Hubei əyalətinin Vuhan şəhərində qeydə alınan virusun əvvəlcə heyvandan insana keçdiyi deyilsə də, qısa zamanda bunun insandan insana yoluxduğu meydana çıxdı: "Dünya ölkələri arasında geniş yayılan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən koronavirusun əsas əlamətləri, halsızlıq, öskürək, qızdırmadır. Bununla yanaşı sinədə ağırlıq hissi, eləcə də kəskin ağrılar da xəstəliyin simptomlarına daxildir. Yeni növ koronavirusun sətəlcəm, kəskin inkişaf edən tənəffüs yoluxucu xəstəliklər və böyrək çatışmazlığı zamanı insan həyatı üçün təhlükəyə səbəb ola bilər. Xəstəlik 65 və daha yuxarı yaşlı insanlarda gənclərlə müqayisədə daha tez və kəskin formada inkişaf edir. Məhz ona görə də 65 və daha yuxarı yaşlı insanların hakimiyyət və hökumətlər tərəfindən tətbiq edilən qaydalara və verilən tövsiyələrə riayət etməsi çox vacibdir".

Xatırladaq ki, Çinin Xəstəliklərə Nəzarət Mərkəzi (CCDC) tərəfindən də edilən araşdırmaya görə, koronavirus 65 yaşdan yuxarı insanlarda daha təsirli və ağır şəkildə keçir.

Türkiyəli mütəxəssisin də fikrincə, hipertoniya, şəkərli diabet, ürək-damar xəstəlikləri, xroniki tənəffüs xəstəlikləri və xərçəng kimi xəstəlikləri olan yaşlı şəxslərin koronavirusa yoluxduğu zaman sağ qalma ehtimalı daha azdır.

O qeyd edib ki, məhz buna görə 65 yaşdan yuxarı insanların xəstəliyə yoluxmaması üçün ilk növbədə özləri və ətrafdakılar bir sıra tədbirlər görməlidirlər: "Bu yaş kateqoriyasına daxil olan şəxslərin bir müddət nəvələri ilə əlaqə qurmamalı, evdən kənara çıxmamalı, ictimai nəqliyyatdan istifadə etməməli, kütləvi yerlərə getməməli, qonaq qəbul etməməlidirlər. Bu insanlar əllərini sabunla ən azı 20 saniyə yumalı, dezinfeksiyaedici maddələrdən istifadə etməli, pulla təmasdan sonra mütləq əllərini yumalıdırlar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...