Dünyadakı əhalinin yalnız 6 faizi günümüzə qədər davam edən 4.000 yerli dili yaşatmaqdadır, 40 faizi isə ana dilində təhsil almır. SİA-nın araşdırmalarına görə, dünyada 6 minə yaxın dildə danışılsa da, 10 dildən 4-ü yox olmaq təhlükəsindədir.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, hər ay iki dilin öldüyünü nəzərə alsaq, yaxın gələcəkdə canlı qalmağa çalışan dilləri unutmaq qaçılmazdır. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO-nun hazırladığı təhlükədəki Dillər Atlasına görə Türkiyədə 3 dil çoxdan yox olub: Kapadokya Yunan, Mlahso və Ubihcə bu yaxınlarda ölən dillər arasına girib.
Çox az sayda insan tərəfindən də olsa hələ də danışılan 15 dil təhlükə altındadır. 21 Fevral Dünya Ana Dili Günü münasibətilə Azərbaycanda təşkil edilən tədbirlərdə itən dəyərlərə və mədəni zənginliklərə diqqət çəkilir.
Dünya Ana Dili Günü çərçivəsində fərqli dillərdə danışan və ya linqvistik çoxluğuna sahib olan və ana dilinin əhəmiyyətinə həssas olan vətəndaş cəmiyyəti aktyorlarından ibarət olan Dil Hüquqlarının Monitorinqi Sənədləri və Hesabatlarının Şəbəkəsinin (DHİBRA) 40 komponenti Ümumdünya Ana Dili Günü üçün ortaq bir bəyanat yayımlayıb.
"Bu mətni kimsə anlamayacaq" başlıqlı bəyanatda, Ubıh xalqının Türkiyədə itib getmiş dilindən bir hissə ilə başlayıb. Açıqlamada "Bu dil 8 oktyabr 1992-ci ildə Ubih dilində danışa bilən sonuncu şəxs Tevfik Esençin ölümü ilə torpağa tapşırılıb. Nağılları, mərsiyələri, laylayları ilə bu torpaqlarda bir dil itirdik”, - deyə bildirilib.
Dillərin yox olmaması uğrunda mübarizə aparanların imzaladığı birgə bəyannamədə, "Bu mənalı günü ümumi bir çağırışla qarşılayarkən, bütün ana dillərinin, xüsusən itirilmiş dillərə, nəsli kəsilməkdə olan dillərə və azlıqların dillərinə olan maddi-mənəvi əhəmiyyətini və bənzərsiz dəyərini vurğulamaq istəyirik. Bütün dillərdəki maneələr aradan qaldırılsın, hər bir şəxsin öz ana dilində danışsın və dil plüralizmi dinc, yanaşı yaşamağın qarantı kimi görünsün”, deyiblər.
Bəzi dillər yox olmaq üzrədir, lakin Azərbaycanda belə bir təhlükə hələ ki yoxdur.
Dillər Atlasına görə Türkiyədə yox olmaq təhlükəsi olan dillər 4 kateqoriyaya bölünür və bunlar aşağıdakılardır:
Etibarsız kateqoriyasındakı dillər: abxaz, adıgey, kabar-çərkəz və zaza (kirmancə) dilləri.
Aydın şəkildə təhlükə altındadır: abaza, hemşincə, laz, pontus yunan, qaraçı dilləri, suryani dilinə bənzəyən suret, erməni dilləri.
Ciddi təhlükə altındadır: qaqauz, ladino, turoyo dilləri.
Kritik dərəcədə təhlükə altında olan: hertevin
Dünyada yox olma təhlükəsi altında olan dillər arasında, Hind-Avropa dil ailəsinə aid İtaliyanın bəzi bölgələrində danışan ligurian, Afrikada danışan tamaşek, Rumın dillərindən picard, qaraçay-balkaric, pontus yunan, xorasan türkü, qaqauz, krım tatar. Yunanıstanda və İtaliyada danışan arribecce, Gürcüstanda danışılan svanca, Latın Amerikasında danışan irlandiya, samice, kurripako, Yeni Zelandiya yerli sakinləri tərəfindən danışılmış maorice kimi dillər var.
Qeyd edək ki, Etibarsız kateqoriyasına, uşaqların danışa biləcəyi, ancaq ailə mühiti kimi danışıq sahəsi məhdudlaşdırılan dilləri əhatə edir. Aydın şəkildə nəsli kəsilmək təhlükəsi kateqoriyasına, uşaqların ana dili olaraq bu dili öyrənə bilmədikləri dillər daxildir. Ciddi nəsli kəsilmək təhlükəsi altında olan dillər siyahısına orta nəsil tərəfindən başa düşülən, lakin üçüncü nəslə verilməyən dillər daxildir. Kritik təhlükə altına alınan dillər isə yalız nənə və baba kimi yaşlı nəslin nadir hallarda danışdığı dillərdir.
Bütün bunları nəzərə alaraq yekun nəticəyə gəlmək olar ki, hər nə olursa olsun bir xalqın əsas kimliyini, milli mənsubiyyətini onun danışdığı dil qoruyur. Bu nöqteyi nəzərdən də hər bir xalq öz ana dilinə sahib çıxmalı və öz dilini yaşatmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə