İrandan bir İLK - Təl-Əvivə yeni ballistik raketlərlə hücum edib

İranın İsrailə hücumları davam edir. Məlum olub ki, İran ötən sutka ərzində yeni növ silahlardan istifadə edərək İsrail şəhərlərinə bir neçə genişmiqyaslı raket hücumu dalğası həyata keçirib. "Al Jazeera" telekanalının məlumatına görə, hücumlar zamanı İran tərəfi kaset döyüş başlıqları ilə təchiz edilmiş ballistik raketlərdən istifadə edib.
Belə sursatlar bir neçə ayrı-ayrı döyüş başlığına bölünərək 10 kilometrədək radiusda olan hədəfləri vurmaq qabiliyyətinə malikdir. Bundan əlavə, əhəmiyyətli dağıdıcı gücə malik döyüş başlıqları daşıyan iri ballistik raketlər atılıb.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə