Kubada ara qarışdı - əhali Kommunist Partiyasının ofisinə hücum edib

Kubada etirazçılar elektrik enerjisinin kəsintiləri ilə bağlı iğtişaşlar zamanı Kommunist Partiyasının ofisinə hücum ediblər. "Reuters" agentliyinin məlumatına görə, hökumət əleyhinə etirazlar ABŞ-nin neft blokadası ilə daha da kəskinləşən qida çatışmazlığı və elektrik enerjisinin artan kəsintiləri ilə bağlıdır.

"Etirazçılar şənbə günü səhər tezdən Kommunist Partiyasının Kubanın şimalındakı ofisinə hücum ediblər", - məlumatda bildirilir. Sosial şəbəkələrdə yayılan videolarda Moron şəhərində böyük yanğın və insanların binanın pəncərələrinə daş atması, arxa planda isə "azadlıq" şüarları səsləndirildiyi görünür.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə