Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən referendumda yerli vaxtla saat 18:00-a olan seçici fəallığı açıqlanıb.
SİA APA-ya istnadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası məlumat yayıb.
Saat 18:00-a qədər ümumilikdə 8 845 280 vətəndaş səsvermədə iştirak edib, seçici fəallığı 70,98 faiz təşkil edib.
Mərkəzi Referendum Komissiyası qeyd edib ki, seçici fəallığı ilə bağlı növbəti məlumat səsvermə məntəqələrinin bağlanmasından sonra, yerli vaxtla saat 20:30-da açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB