“Qarabağ” yeni transferini reallaşdırmağa hazırlaşır. Məlum olur ki, “DigiSport” portalı “Omoniya”nın vingeri Jali Muaddibin Ağdam təmsilçisi ilə sövdələşdiyini doğrulayıb. Bildirilib ki, 25 yaşlı fransalı sol cinah vingeri artıq “Qarabağ”la hərtərəfli anlaşıb. Hətta tərəflərin 3+1 illik ilkin müqavilə imzaladıqları vurğulanıb. Muaddib Ağdam təmsilçisinə azad agent kimi keçəcək. Çünki onun “Omoniya” (Aradippu) ilə müqavilə müddəti mövsümün sonunda bitəcək.
O, cari mövsümdə Kipr çempionatında keçirdiyi 22 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB