Tramp İranın hərbi potensialının tamamilə məhv edildiyini deyir..?

ABŞ prezidenti Çin, Böyük Britaniya, Fransa, Yaponiya və Cənubi Koreyaya müraciət edib...

...ABŞ prezidenti Donald Tramp İranın hərbi imkanlarının tamamilə məhv edildiyini elan etsə də, lakin ölkənin hələ də gəmiçiliyə qarşı hədəfli zərbələr endirmək gücünə malik olduğunu etiraf edib.

O, dünya liderlərini Hörmüz boğazının qorunmasında iştirak etməyə çağırıb.

SİA xəbər verir ki, Truth Social-dakı paylaşımında Amerika lideri Çin, Böyük Britaniya, Fransa, Yaponiya və Cənubi Koreyanı birgə patrul üçün strateji su yoluna hərbi gəmilər yerləşdirməyə çağırıb.

Tramp vurğulayıb ki, “...bir çox ölkə, xüsusən də İranın Hörmüz boğazını bağlamaq cəhdindən təsirlənənlər, boğazı açıq və təhlükəsiz saxlamaq üçün ABŞ ilə yanaşı hərbi gəmilər yerləşdirəcəklər”.

O əlavə edib ki, Tehranın əsas qüvvələri məğlub edilsə də və rəhbərliyinin "başı tamamilə kəsilsə də", kiçik təxribat aktları riski qalır: İran asanlıqla bir və ya iki pilotsuz təyyarə göndərə, raket ata və ya su yolu boyunca mina yerləşdirə bilər.

...ABŞ prezidenti Vaşinqtonun regionu nəhayət sabitləşdirmək əzmini bir daha təsdiqləyib.

...Birləşmiş Ştatlar sahil xəttini güclü şəkildə bombalayacaq və İran qayıqlarını və gəmilərini davamlı olaraq məhv edəcək. Bu və ya digər şəkildə, biz tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik.

Bunu deyən Tramp, daha əvvəl, dəqiq desək martın 11-də hərbi əməliyyata tez bir zamanda son qoyulmasını təklif etmişdi və Amerika qüvvələrinin olduqca yaxşı çıxış etdiyini və “zərbə endirmək üçün demək olar ki, heç bir hədəf qalmadığını” da diqqətə çatdırmışdı.

Lakin, “The Wall Street Journal” qəzetinin məlumatına görə, prezident müharibəni dərhal dayandırmağı planlaşdırmır və İran hərbi və proksi qüvvələrinə qarşı zərbələrin davam etdirilməsində israr edir.

Pentaqon rəsmiləri nəşrə bildiriblər ki, münaqişə ən azı bir neçə həftə davam edəcək.

Yeri gəlmişkən, müharibə başlamazdan əvvəl amerikalı general Den Keyn Trampa hücumun İranı Hörmüz boğazını bağlamağa vadar edə biləcəyi barədə xəbərdarlıq etmişdi. Tramp riski etiraf etsə də, Tehranın arteriyanı bağlamazdan əvvəl təslim olacağına inanaraq əməliyyatı davam etdirmək qərarına gəldi.

“The Wall Street Journal”-ın qeyd edir ki, iki həftə sonra İran liderləri geri çəkilməkdən imtina edir və boğaz Tehran üçün əsas təzyiq vasitəsinə çevrilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə