Türkmənistan sadə sistem üzrə Beynəlxalq Hava Limanında viza verilməsini həyata keçirir

Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin əməkdaşları sadələşdirilmiş sistem üzrə Türkmənbaşı Beynəlxalq Hava Limanında viza verilməsini həyata keçirirlər.

SİA xəbər verir ki, 2018-ci ilin noyabr ayında Türkmənistan ilə Azərbaycan arasında beynəlxalq və tranzit daşımaların iki ölkə ərazisindən keçməklə vizaların alınmasının sadələşdirilməsi ilə bağlı saziş imzalanıb. Bu, nəqliyyat-logistika daşımalarının inkişafına, yaxşılaşdırılmasına kömək etmək və yük daşımalarının gələcək həcminə təsir etmək məqsədi daşıyır.

Qısa müddət ərzində vizaların rəsmiləşdirilməsi, yük avtomobilləri və beynəlxalq nəqliyyat sürücüləri üçün viza üzrə ölkədə minimal müddətin artırılması beynəlxalq nəqliyyat sürücülərinin cəlb edilməsinə və tranzit yük daşıyıcılarının artırılmasına kömək edir. Bu da gələcəkdə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək.

Sadələşdirilmiş vizaların verilməsinin nəticəsi olaraq 2019-cu ildə yük avtomobillərinin axını 2018-ci illə müqayisədə 38 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə