Rumıniya mətbuatı Azərbaycanda həyata keçirilən islahatlardan yazır

Rumıniyanın qabaqcıl KİV-ləri Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi barədə məlumatlar yayıb.

“Amosnews” agentliyi, “Ultima ora” qəzeti və “News24hours” portalı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı, parlament Aparatının rəhbəri Səfa Mirzəyevin Konstitusiya Məhkəməsinin Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alması barədə bəyanatı, Prezident İlham Əliyevin beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə