Bu gün Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.
Bununla əlaqədar oktyabrın 6-da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB