UNEC-in kollektivi “Qan ver, həyat xilas et!” aksiyasına qoşulub

UNEC-in kollektivi “Qan ver, həyat xilas et!” aksiyasına qoşulub

Dekabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim, tələbə və əməkdaşları arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək göstərmək məqsədilə "Qan ver, həyat xilas et!" adlı qanvermə aksiyası keçirilib.

UNEC-dən verilən məlumata görə, "1 dekabr – Dünya QİÇS-lə Mübarizə Günü" çərçivəsində keçirilən aksiya UNEC, Mərkəzi Qan Bankı və "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı, "Ulduz" şokolad fabrikinin sponsorluğu ilə reallaşdırılıb.

UNEC-in əsas tədris binasının tibb məntəqəsində təşkil olunan aksiyada universitetin tələbə və müəllimləri, eləcə də digər əməkdaşlar donor qismində iştirak ediblər. Qanvermə aksiyası dekabrın 2-də UNEC-in 2-ci tədris binasında davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə