“Səyyar QHT məktəbi” cəbhə bölgəsi – Füzulidə!

Füzuli rayonu 3 saylı Qayıdış Bələdiyyəsinin təşkilatçılığı ilə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi "Səyyar QHT məktəbi" layihəsi çərçivəsində Füzuli rayon gənclərinin ictimai fəaliyyətini artırmaq və onların vətəndaş cəmiyyəti institutlarında iştirakını təmin etmək məqsədilə aprelin 4-dən 20–dək təlimlər keçirəcək.

Mərkəzdən SİA-ya verilən məlumata görə, təşkilat tərəfindən idarə olunan keçmiş SSRİ ölkələri arasında ilk dəfə 2002-ci ildə Azərbaycanda yaranan "QHT məktəbi"nin məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Geridə qalan günlərdə təlim iştirakçılarına iştirakçılara əsasən QHT fəlsəfəsi, idarə edilməsi , komanda işi və strukturunun inkişafı, ictimaiyyətlə əlaqələrinin qurulması, layihə təkliflərinin hazırlanması və s. mövzular tədris olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə