Masallı Rayon İcra Hakimiyyəti aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şücayət göstərərək yaralanan yerli sakinlərlə bağlı rəsmi məlumat yayıb. İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, həmin hərbçilər 3 nəfərdir və onlar aşağıdakılardır.
Mansur Qurban oğlu Quliyev
5 dekabr 1993-cü ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 2015-ci ilin iyun ayında Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2 aprel 2016-cı il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşdə yaralanıb.
Şamxal Əlövsət oğlu Orucov
18 aprel 1997-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 20 aprel 2015-ci il tarixdə Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2 aprel 2016-cı il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşdə yaralanıb.
Pərvin Fəxrəddin oğlu Fətullayev
22 dekabr 1996-cı ildə Masallı rayonunun Nəzəroba kəndində anadan olub. 2015-ci ilin yanvar ayında Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2 aprel 2016-cı il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşdə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR GBP
 GBP
 RUB
 RUB