2016-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 495,8 min nəfər olub. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, onlardan 877,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 618,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 6,2 faizi tikinti sahəsində çalışıb. Həmin müddət ərzində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,0 faiz artaraq 466,4 manat təşkil edib.
İqtisadiyyatın tikinti sektorunda orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha yüksək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB