Dekabrın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında dünya şöhrətli müğənni, Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə konsert təşkil olunub.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Böyük maraqla qarşılanan konsertdə istedadlı ASAN könüllüləri öz bacarıqlarını nümayiş etdirib. Könüllülərin ifasında Rəşid Behbudovun repertuarından sevilən mahnılar səsləndirilib, unudulmaz sənətkarın çəkildiyi "Arşın mal alan" və "Bəxtiyar" filmlərindən səhnələr nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB