2015-ci ilin noyabr ayının 11-də TÜRKSOY-un, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin, Qırğızstanın Milli Kitabxanasının və Qırğız Xalqı Assambleyasının təşəbbüsü ilə Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Azərbaycanın xalq şairi, görkəmli dramaturq, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi yubileyi qeyd olunacaq.
SİA-nın məlumatına görə, tədbirdə Qırğızstan yazıçıları, ziyalıları ilə birlikdə Azərbaycandan, Türkiyədən, Qazaxstandan dəvət olunan qonaqlar da iştirak edəcəklər.
Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" adlı kitabın təqdimat mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB