Daxili işlər naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 27-də Lənkəran şəhərində bölgə üzrə daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı (kadr məsələsi istisna olmaqla) vətəndaşların qəbulunu keçirəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həmin gün Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarının sakinləri qəbul ediləcək.

Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə