"Ağ yol" sosial şəbəkələrdə uğurlu fəaliyyətini davam etdirir FOTO

Hərəkatın 550 mindən artıq üzvü olan qrupu və 246 minlik "Facebook" səhifəsi sosial şəbəkələrdəki reytinqinə görə liderdir

"Ağ yol" Vətəndaş Hərəkatı sosial şəbəkələrdəki fəaliyyətini genişləndirir. SİA-nın məlumatına görə, bu ilin iyul ayında yaranan hərəkatın "Facebook" dakı səhifə və qruplarının üzvləri durmadan artır. "Ağ yol" "Facebook" qrpunun yarım milyondan artıq (555.000) üzvü var. Bu, regionda və MDB- də ən iri "Facebook" qrupudur. Müzakirələr üçün açıq olan qrup eyni zamanda aktivliyinə görə də liderliyini qoruyub saxlayır.

Bu günlərdə isə " Ağ yol" "Facebook" səhifəsinin üzvlərinin sayının 246.000-i ötüb- keçməsi onu göstərir ki, "Ağ yol" sosial şəbəkələrdəki ciddi səhifələr arasında ilk pillələrdədir. Hazırda səhifənin 246.000-dən artıq üzvü var. Reytinq cədvəlinə baxsaq bu onu göstərir ki, səhifə prezident İlham Əliyevin "Facebook"da lider olan 271.000- lik səhifəsindən sonra ikinci sırada dayanır.

Yarandığı gündən aktivliyinə görə də ilk pillədə dayanan səhifəyə "Facebook" istifadəçiləri tərəfindən göstərilən maraq günbəgün artır. Səhifədə vaxtaşırı olaraq gündəmdə olan, cəmiyyətdə ciddi narahatçılıq doğuran məsələlər müzakirəyə çıxarılır. Bu müzakirələrə qoşulan müzakirəçilər açıq şəkildə öz fikirlərini ifadə edə bilirlər. Bundan başqa səhifədə gün ərzində bir- birindən maraqlı məlumatlar, gündəlik xəbərlər, idman, mədəniyyət və digər sahələrdə ölkəmizdə və dünyada baş verən yeniliklərə dair informasiyalar, aforizmlər, tarixi şəxsiyyətlərin həyatlarından məlumatlar paylaşılır. Lakin "Ağ yol" un səhifə və qrupunda əsasən siyasi xəbərlər, ölkənin daxili və xarici siyasətinə dair paylaşımlar, beynəlxalq siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid səslənən fikirlər, ölkədə aparılan sosial vəziyyətdə baş verən yeniliklər və xüsusilə də Prezident İlham Əliyevin gündəlik fəaliyyətində baş verən hadisələrə dair xəbərlərin daha çox izlənildiyi aydın görünür.

Onu da qeyd edək ki, sözügedən səhifədə və qrupda paylaşılan "Ağ yol" Vətəndaş Hərəkatı tərəfindən hazırlanan sosial problemlər və ictimai- siyasi mövzulara dair karikaturlar da "Facebook"çular tərəfindən izlənilir. Bu karikaturlara gələn çoxsaylı bəyənmələr, rəylər və paylaşımlar bunun bariz isbatıdır.

Məlumat üçün vurğulayaq ki, sosial şəbəkələrdə yeni fəaliyyət mexanizmi tətbiq edən və "Facebook"da fəaliyyətinə görə lider olan "Ağ yol" Vətəndaş Hərəkatı yalnız öz qrup və səhifələrində deyil, bütün "Facebookda" geniş və uğurlu fəaliyyəti ilə görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...