Ermənilər niyə Azərbaycanı seçdilər?

Mübariz Əhmədoğlu: "Ermənilər xristian faktoruna görə Gürcüstandan əl çəkib Azərbaycan ərazilərinə göz dikdilər"

"Ermənistan Gürcüstan üçün təhlükə mənbəyidir. Ermənistan Gürcüstana qarşı ərazi iddiasına malikdir. Ermənilərlə məskunlaşmış Cavaxetiya regionunu Ermənistandakı siyasətçilər erməni torpağı hesab edirlər". SİA-nın verdiyi məlumata görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu trend-ə deyib.

Onun fikrincə, rəsmi Yerevanın bu mövzudakı siyasəti erməni hiyləgərliyindən başqa bir şey deyil; Rəsmi Yerevan Gürcüstana qarşı ərazi iddiası irəli sürmür, amma Cavaxetiya regionunda separatizmi qızışdırmaqla məşğul olan təşkilatlar Yervanda tam sərbəst və yüksək maliyyə təminatı şəraitində fəaliyyət göstərirlər: "SSRİ dağılan ərəfədə ermənilər ilk olaraq Cavaxetiyada vəziyyəti gəringləşdirmişdilər. Sonradan xristian faktoruna görə Gürcüstandan əl çəkib Azərbaycan ərazilərinə göz dikdilər. Ermənistanın Gürcüstan ərazisindəki kilsələri özününkü hesab etməsi də dünya erməniliyinin Gürcüstana qarşı daha böyük iddiasını olduğunu göstərir".

M.Əhmədoğlu hesab edir ki, iri dövlətlərin əlində alət olmaq erməni xalqında genetik xüsusiyyətə çevrilib: "Alətçilik ermənilər üçün müstəqillikdən, sosial rifahdan qat-qat üstündür. Gürcüstanın daxilində baş verənlər onu erməni alətçiliyini hədəfinə çevirir".

Politoloqun sözlərinə görə, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın bütün əmrlərini yerinə yetirməyə məcburdur. 2008-ci ilin avqust hadisələri zamanı Gürcüstan üzərinə hücuma keçmək barəsində Rusiyanın Ermənistana əmr verməsini indi yüksək çinli Ermənistan rəsmiləri də etiraf edirlər: "Ermənistanın 2008-ci ildə Rusiyanın əmrindən imtina etməsi Rusiyanın növbəti əmrindən imtina edəcəyi anlamına gəlməməlidir. 2008-ci il ilə müqayisədə Ermənistan xeyli geriləyib, Rusiyanın Ermənistanda hərbi-iqtisadi təsiri xeyli güclənib. 2008-ci ilin avqust hadisələri zamanı Cənubi Osetiya ilə paralel Gürcüstanın ermənilərlə məskunlaşmış 80 km-lik zolağını işğal etmək və bununla da Gürcüstan ərazilərinin hesabına Rusiyanın Ermənistanla coğrafi əlaqəsinin yaradılması planı mövcud idi. Yaxınlarda RF-in hakimiyyətə yaxın ekspertlərindən biri Yerevanda Rusiya ilə Ermənistan arasında quru əlaqənin olmamasını müvəqqəti hadisə adlandırdı. O, Gürcüstanın ermənilərlə məskunlaşmış Cavaxetiya regionu ilə Cənubi Osetiya arasındakı ərazini osetinlərin tarixi ərazisi adlandırdı və osetinlərin bu əraziyə sahib çıxmalı olduqlarını bildirdi".

M.Əhmədoğlu bildirib ki, Gürcüstan həmişə erməni faktoru qarşısında aciz qalıb. Bu acizliyi şərtləndirən amillər içərisində ermənilərin Gürcüstanda yaratdığı antitürkiyə, antiazərbaycan xofu mühüm rol oynayıb: "Ermənilərin Azərbaycanla bağlı Gürcüstanda yaratdıqları xofun əsasında Gürcüstanın müsəlmanlaşması və ya azərbaycanlılaşdırılması mifi dayanır. Eləcə də ABŞ bütün gücü ilə Gürcüstana təzyiq edib ki, Ermənistanı Azərbaycandan üstün tutsun. Yaranmış vəziyyətdən çıxış yolu kimi Gürcüstanın təşəbbüskarlığı hədsiz vacibdir. Əvvəla, Rəsmi Tbilisi Ermənistanın Gürcüstana, o cümlədən regional layihələrə yaratdığı təhlükə barədə Azərbaycanla açıq və hərtərəfli müzakirə aparmağa başlamalıdır. Bu mövzuda ilk təşəbbüs Gürcüstandan gəlməlidir. Ermənilərin yaratdığı problemlər daha asan həll oluna bilər. İkincisi, Gürcüstanın yeni hökuməti ermənilərlə bağlı ABŞ-dan gələn təlimatları yerinə yetirməməli, özlərinin maraqlarına uyğun siyasətlərini aparmalıdırlar".

Onun sözlərinə görə, Gürcüstanın yeni hökuməti gürcü dövlətçiliyinin və gürcü xalqının tarixini ən məsuliyyətli dövründə hakimiyyətə gəliblər. Məhz yeni hökumətin fəaliyyəti Gürcüstanın geriləyəcəyini və ya böyük sıçrayışla irəliləyəcəyini müəyyənləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə