ABŞ və Böyük Britaniya
QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbi siyahısında öndə ABŞ və Britaniya universitetləri gedirlər.
İlk yerlərdə Britaniyanın 4 məktəbi vardır, Kembric 3-cü, London Universitet Kolleci 4, İmperial Kollec 5 və Oksford 6-cı sıradadır.
Ilk onluqda növbəti yerləri ABŞ-dan Stanford, Yale, Çikaqo, Kaliforniya Texniki Universiteti və Prinston Universitetləri tutur.
Ən yaxşı ali məktəblər
Ümumilikdə 200 ali məktəb arasında 51 ABŞ, 29 Britaniya, 8 Çin, 13 Almaniya, 11 Hollandiya, 10 Avstraliya, 9 Yaponiya, 9 Kanada, 8 Koreya, 7 İsveçrə, 6 Belçika, 5 Fransa, 3 Sinqapur, 2 İtaliya, 3 İspaniya, 2 Çexiya universiteti var.
Rusiya ilk 200 arasında
İlk 200 universitet arasında Azərbaycanın qonşuları və post sovet məkanından bu siyahıda ancaq bir universitet var – Moskvadakı Lomonosov adına Moskva Dövlət Universiteti, o da 120-ci sırada.
Azərbaycan
Azərbaycan ali təhsil məktəblərindən ancaq 3-ü 3 min ali məktəb arasına düşüb. Xəzər və Qafqaz Universitetləri 651-700-cü sıralarda, Bakı Dövlət Universiteti isə 701-ci sırada yer alıb.
Qonşu ölkələrdə
Ermənistan və Gürcüstanın heç bir ali məktəbi 3 minlik siyahıya düşməyib. Türkiyədən 9 Universitet 3 minlik siyahıdadır. Bilkent Universiteti və Orta Şərq Texniki Universiteti 431-ci yerdədir.
İrandan Şərif Texnologiya Universiteti və Tehran Universiteti Azərbaycan ali məktəblərindən bir az öndə, 601-650-ci sıralarda yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB