"Azərpoçt" MMC yaxın gələcəkdə bütün bank xidmətlərini göstərməyə başlayacaq. SİA-nın məlumatına görə, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov belə deyib. O bildirb ki, hazırda "Azərpoçt" kreditlərin verilməsi və depozitlərin qəbulu istisna olunmaqla, müştərilərə digər bütün bank xidmətlərini göstərir: "Bank sektorunda təcrübəmiz azdır və eyni zamanda, işçilərin təlimlərə ehtiyacı var və buna görə, bu məsələdə nə tələsmək, nə də gecikmək niyyətindəyik".
N.Məmmədov qeyd edib ki, Dünya Bankı tərəfindən "Azərpoçt"a qrant ayrılıb və bu vəsait hesabına şirkətin bütün işçiləri müvafiq treninqlər keçəcək. "Ümid edirik ki, yaxın gələcəkdə qanunvericiliyə müvafiq dəyişiklər ediləcək və bundan sonra, təqribən 2015-ci ildə "Azərpoçt" mikrokreditlərin verilməsi və depozitlərin qəbuluna başlayacaq. Bununla da "Azərpoçt" bütün bank xidmətlərini göstərmiş olacaq"-deyə o əlavə edib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB