Elxan Poluxov Cakob Zuman Fondunun sədri ilə görüş keçirib

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfiri Elxan Poluxov, ölkə Prezidentinin təsis etdiyi və adını daşıyan Cakob Zuman Fondunun (Jacob Zuma Foundation) sədri xanım Dudu Myeni ilə görüş keçirib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, görüş zamanı xanım D.Myeni Səfirliyimizin Cakob Zuma Fonduna göstərdiyi maraqdan məmnun olduğunu və Azərbaycan haqda geniş məlumat toplamaq istədiyini bildirib. Fondun fəaliyyət göstərdiyi beş il ərzində ölkədə və bir neçə digər Afrika ölkələrində məktəb, yaşayış evləri inşa etdikləri və bölgələrdə içməli su filterləri qurduqlarını qeyd edən D.Myeni gələcəkdə fəaliyyətlərinin daha geniş sahəni əhatə edəcəyini qeyd edib.

Səfir Elxan Poluxov isə öz növbəsində qəbula görə öz təşəkkürünü bildirib və Fondun gördüyü işlərin çox əhəmiyyətli olduğunu söyləyib. Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə həmsöhbətinə ümumi məlumat verən Səfir, Azərbaycandada oxşar fondların fəaliyyət göstərdiyini və öz fəaliyyət strukturu ilə Cakob Zuma Fonduna daha oxşar olan Heydər Əliyev fondunun gördüyü işlər barədə danışıyıb. Həmçinin E.Poluxov gələcəkdə sözügedən fondlar arasında ikitərəfli münasibətlərin qurulmasını arzulayaraq, mümkün əməkdaşlığın iki ölkə arasında müxtəlif sahələrdə humanitar və sosial tipli layihələrin həyata keçirilməsinə yol aça biləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...