“Ən böyük ekoloji təhdid məhz salafan torbaların istehsalçılarından gəlir. Məsələ odur ki, bu sahədə ciddi dövlət siyasəti yoxdur. Bu mövzuda dəfələrlə dövlət qurumlarına məlumat göndərmişik, tədbir görmələri üçün müraciət etmişik, amma hələ də konkret nəticə yoxdur. İclaslarda bu barədə çıxışlar olmuş, elektron formada da fikirlər bildirilmişdir. Lakin ortada tədbir yoxdur, məsələ hələ də açıq qalır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.
O bildirib ki, ən real çıxış yolu sözügedən istehsalçılara qarşı iqtisadi tədbirlər görməkdir: “Məsələn, onların məhsullarının qiymətini artırmaq və ya onların fəaliyyətini məhdudlaşdırmaq. Eyni zamanda, alternativ olaraq daha keyfiyyətli, davamlı, təkrar istifadə edilə bilən torbaların (məsələn, avtomobildə istifadə üçün əlverişli) istehlakçılara təqdim olunması lazımdır. Bu torbalar xaricdə illərlə istifadə olunur, müxtəlif ölçülərdə olur və cəlbedici dizayna malikdir.
İkinci bir təklif isə supermarketlərin qarşısında xüsusi aparatlar quraşdırmaqdır. Bu aparatlar vasitəsilə müəyyən ödəniş qarşılığında müxtəlif ölçülü təkrar istifadə olunan torbalar almaq mümkün olar. Bu ödənişlər bir qədər artırılsa, insanlarda daha çox maraq yaranar və salafan torbalardan uzaqlaşma olar. Əlavə olaraq, maarifləndirici tədbirlər – xüsusilə anti-təbliğat çox vacibdir. İnsanlara salafan torbaların təbiətə, sağlamlığa və ümumi həyat keyfiyyətinə necə zərər verdiyini izah etmək lazımdır. Məsələn, ərzaq üçün nəzərdə tutulmayan materiallardan istifadə edilməsi qida təhlükəsizliyi baxımından böyük riskdir. Əgər dövlət dəstəyi olsa, bu məsələləri birgə şəkildə – həm maarifləndirmə, həm də hüquqi və iqtisadi alətlərlə həll etmək mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB