"İnsan real həyatda necədirsə, sosial şəbəkədə də elə olmalıdır” - PSİXOLOQ AÇIQLADI
Son vaxtlar insanlar sosial şəbəkələrdə öz real həyatlarını deyil, reallıqdan uzaq guya dəbdəbəli həyat tərzi sürdüklərini göstərməyə çalışırlar. Mövzu ilə bağlı psixoloq Ezgi Şahin SİA-ya açıqlamasında bildirib ki, insanlar sanki sosial şəbəkələrdə yarışdadırlar.
Onun sözlərinə görə, insanlar bir-birinə mənim yoldaşım mənə bu hədiyyəni aldı və ya mən filan ölkəyə səyahət etdim deyə öz şəkillərini paylaşaraq reklam edirlər: “Keçmişdə insanlar bir-birilərinə dəstək olurdular. İndi isə insanlar göstərişi sevirlər. Paylaşdıqları şəkillərdə özlərini varlı göstərməyə və bir-biriləri ilə rəqabət aparmağa çalışırlar.
Təəssüf ki, bu problem günümüzün aktual problemidir. Bəzən insanlar bir insanın sosial şəbəkələrdəki şəkillərinə baxıb, düşünürlər ki onlar çox xoşbəxt ailədir. Ancaq bir ay sonra eşidirlərki boşanıblar. Əslində o cütlük xoşbəxt deyildi. Sadəcə olaraq sosial şəbəkələrdə özlərini çox xoşbəxt göstərməyə çalışırdılar. Yəni bu gün insanlarda özlərini xoşbəxt göstərmə xəstəliyi var. Mən bunu düzgün hesab etmirəm. İnsan real həyatda necədirsə, sosial şəbəkədə də elə olmalıdır”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB