Robert Mobili: Ağdərənin Mehmana kəndində yunan kilsəsi mövcuddur

İşğaldan azad olunmuş ərazilərində kilsələr həddən artıq çoxdur. Məsələn Xocavənddə, Kəlbəcərdə, Ağdərədə bir çox kilsələr var. Bu isə mədəni irsin müxtəlifliyini göstərir.

SİA xəbər verir ki, иu sözləri açıqlamasında Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri Robert Mobili deyib.

O bildirib ki, Ağdərənin Mehmana kəndində yunan kilsəsi mövcuddur. Onları yalnız bir etnik və ya xarici mənsubiyyətlə əlaqələndirmək düzgün deyil. Danılmaz faktdır ki, bu kilsələrin yerləşdiyi ərazilər – Qarabağ və Şərqi Zəngəzur Azərbaycan dövlətinin tərkibindədir.

“Məsələn hər hansısa ərazidə udi və yunan icmaları yaşayıbsa, öz kilsələrinə və dini rəhbərlərinə malik olublar. Bu təbiidir, heç bir ərazi iddiasına səbəb ola bilməz. Bu abidələr Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir. Lakin 200 ilə yaxın tarixə malik bu kilsələrin bəzilərinin tarixi ermənilər tərəfindən saxtalaşdırılıb, ərazi iddialarına səbəb olub”, - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə