Ötən ay 77 aptekdə yoxlama aparılıb

Bu ilin oktyabr ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 77 aptekdə yoxlama həyata keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, onlardan 6-si Bakıda, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Aparılmış planlı və plandankənar yoxlamalar nəticəsində 77 müxtəlif nöqsan aşkar olunub, həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin altı maddəsi üzrə 30 protokol tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə