"Uşağı cəzalandırmaq yox, ona öyrətmək əsas məqsəd olmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Valideynlərin uşaqları tərbiyə edərkən cəza tətbiq etməsi təbiidir, lakin burada ən vacib məqam cəzanın məqsədi və formasının düzgün seçilməsidir. Psixoloji yanaşmaya görə cəza uşağı incitmək, qorxutmaq və ya utandırmaq üçün deyil, onun davranışının nəticəsini anlamağına, düzgün davranış modelini öyrənməsinə kömək etmək üçün istifadə olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bu səbəbdən fiziki cəza, qışqırmaq, təhqir etmək, hədə-qorxu ilə tərbiyə etmək kimi üsullar nəinki effektiv deyil, həm də uşağın özünəinamına, emosional vəziyyətinə və valideynlə münasibətinə ciddi zərər vurur: "Uşaq davranışının səhv olduğunu başa düşməli, amma özünü dəyərsiz hiss etməməlidir. Valideynlərin vəzifəsi davranışa yönəlməkdir, şəxsiyyətə yox. “Sən pis uşaqsan” demək əvəzinə “bu davranış düzgündür” və ya “bu davranışın nəticəsi belə olur” mesajı vermək daha sağlam yanaşmadır. Ən doğru tərbiyə forması məntiqi nəticələrə əsaslanan, izah və anlayış üzərində qurulan cəzadır. Məsələn, uşaq oyuncağı qırırsa, yenisini dərhal almamaq, qaydanı pozursa müvafiq nəticə ilə qarşılaşmasına imkan yaratmaq, emosiyalar yüksəldikdə sakitləşmək üçün qısa fasilə vermək kimi yanaşmalar təsirlidir.
Eyni zamanda müsbət davranışın mütləq fərq edilməli və təşviq olunması vacibdir. Uşaq gördüyü davranışı təkrar edir, buna görə valideyn özü sakit, ardıcıl və hörmətli yanaşma nümayiş etdirməlidir. Tərbiyədə sevgi ilə sərhəd tarazlığı qorunmalıdır: sevgi uşağın özünü təhlükəsiz hiss etməsini təmin edir, sərhədlər isə onun sosial qaydaları və məsuliyyəti öyrənməsinə kömək edir. Uşağı cəzalandırmaq yox, ona öyrətmək əsas məqsəd olmalıdır. Belə olduqda uşaq həm sağlam şəxsiyyət formalaşdırır, həm də gələcəkdə sosial münasibətlərdə daha balanslı və məsuliyyətli davranır".
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB