Bolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən Bolnisi rayonunun “Arıxlı” İcma Mərkəzində 12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbirdə Gürcüstan Xalq Müdafiəçisi Ofisinin (Ombudsman) Uşaq Departamentinin nümayəndəsi Lika Xvincilia, departamentin Kvemo Kartli üzrə təmsilçisi Murad Hüseynov, Darvaz kənd orta məktəbinin və İcma Mərkəzinin müəllim və şagirdləri iştirak ediblər.

Bolnisi rayonunun "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin rəhbəri Rezo Həsənov Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunduğunu, bunun təqvimə daxil edilməsi təşəbbüsünün isə 1997-ci ildə Amsterdamda və Osloda “Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və “Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürüldüyünü bildirib.

Murad Hüseynov çıxışında Gürcüstanda uşaq əməyinin Konstitusiya ilə qorunduğunu nəzərə çatdırıb.

Tədbirdə şagirdlərə broşürlar hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə