"Əslində bu xoş niyyətli bir hadisədir" - YAZIÇI-KULTROLOQ ŞƏRH ETDİ

"Elan səhifələri ümumiyyətlə ictimai elanlar, sosial elanlar hər zaman olub. Bu xüsusən Amerikadan başlamış bir hadisədir, təzahürdür. Hələ 19-ci əsrin axırları qəzetlərdə insanlar müxtəlif informasiyalarla bağlı məlumat, bildiriş və elanlarını verirdilər". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, daha sonra dünyanın bir çox ölkələrində də, bu yayıldı. Hətda ssri dağılmamışdan öncə 1980-ci illərin ortalarında keçmiş ssri respublikalarında, xüsusəndə slavyan dilli və pribaltika ölkələrində bu metotdan istifadə olunurdu: "Dünya dəyişdi, internet və sosial şəbəkələr həyatımıza daxil oldu və vaxtı ilə qəzetlərdə, radio, televiziyadan gedən tanışlıq bildirişləri, elanları, tanışlıq verilişləri, görüşləri artıq sosial şəbəkə üzərindən, müxtəlif platformalardan reallaşdırılmaqa başladı. İlkin internetin inkişafı zamanı veb portallar var idi, o zaman mobil telefon üzərindən tanışlıq çatları, tanışlıq səhifələri olurdu. İndi isə bunlar daha çox inkişaf edib və dəbdə olan sosial şəbəkələr vasitəsi ilə həyata keçirilir. Artıq hamının bildiyi kimi həyatımıza süni intellekt daxil olub. Süni intellekt bu hadisəni daha da, genişləndirəcək. Burada artıq əvvəllər virtual tanışlıq səhifələri vardısa, virtual elan səhifələri vardısa indi isə süni intellekt bunu həm virtual, həm də saxta, daha dəqiq desək rəqəmsal variantda gerçəkləşdirəcək. İnsanlar öz avatarlarını yaradacaqlar, müxtəlif cizgi filmləri qəhrəmanları kimi özlərinin rəqəmsal variantını yaradacaqlar və virtual tanışlıqa önəm verəcəklər. Əslində bu xoş niyyətli bir hadisədir. Burda gizlin bir şey yoxdur. Hər şeyinizi siz qeyd edirsiniz, gözünüzün rəngindən tutmuş, xasiyyətinizə qədər bütün məlumatlarınızı qeyd edirsiniz və əlbəttə ki, hər kəs çalışır ki, özünü ideallaşdırsın və ondan sonra digər elanın izləyicisidə öz xüsusiyyətlərini yazır və əgər sizin tələbləriniz üst-üstə düşürsə bu zaman siz tanış olur və hətda həmin şəxslə ailə həyatıda qura bilirsiniz. Amma bu səhifələr əlbəttə ki, müəyyən bir sayğaclarda olmalıdır, filtrlərdə olmalıdır ki, hər kəs yəni uşaqdan tutmuş yaşlı şəxslərə qədər bir-birini virtual aldadıb kart hesabındakı pullardan tutumuş, həmin şəxsin rəqəmsal toxunulmazlığına qədər müəyyən hadisələr baş verməsin. Uşaqlar və yeniyetmələrə, gənclərə gəldikdə isə bunlar onlar üçün təhlükəli sayıla bilərmi? Bununla bağlı mənim fikrimcə təhlükəli hesab etməzdim, onlarda özlərinin dünya görüşünə uyğun olaraq həmin səhifələrə qoşula bilər və tanış ola bilərlər. Gənclərdə əvvəl axır ya real həyatda, yada sosial şəbəkə üzərindən kiminləsə tanış olub uzun müddətli, qısa müddətli və ya ailə qurmağ hüquqları var. Bunuda heç kim onlar üçün məhdudlaşdıra bilməz. Düzdür bu varianta biz hələ örəşməmişik. Amma get-gedə bu səhifələrin sayı artır. Artıq sosial şəbəkə üzərindən, tanışlıq səhifələri üzərindən tanış olub, bir-biri ilə görüşən və daha sonra münasibətlərini nigaha qədər gedən gəncləri tanıyırıq. Yaranmış virtual və rəqəmsal ailələri tanıyırıq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə