Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı

Balıkesir valisi İsmail Ustaoğlu bölgədə baş verən zəlzələdən sonra açıqlama verib. SİA-nın Türkiyə KİV-ə istinadən xəbərinə görə, o bildirib ki, zəlzələ zamanı can itkisi qeydə alınmayıb, lakin zərər görmüş üç bina uçub.

Valinin sözlərinə görə, zəlzələdə yaralanan 22 nəfərdən 4-ü xəstəxanadan evə buraxılıb, digər yaralıların isə ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Xatırladaq ki, Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, sarsıntı İstanbul, Bursa və İzmir kimi ətraf şəhərlərdə də hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə