Köçkünlükdə çox əziyyət çəkmişik, müxtəlif yerlərdə məskunlaşmışıq. Nəhayət, bu gün öz torpağımıza qayıtmışıq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Səkinə Ələsgərova söyləyib.
“Atam da, anam da, mən də burada doğulmuşuq. O gördüyünüz çinar ağacını mən əkmişəm. Ötən illər ərzində doğma yurdumuzun həsrətini çəkmiş, bir gün bura qovuşacağımızı gözləmişik. Bizi doğma yurda qovuşduran Prezidentimizə, Ordumuza minnətdaram”, - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə