Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Belarus Respublikasına səfər edib. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Belarus tərəfinin təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Belarus Respublikasının Xidmətlərin Göstərilməsi və Yenidən Təşkili Agentliyi arasında "Belarus Respublikasında dövlət xidmətlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.
Memorandum “ASAN xidmət” təcrübəsinin Belarusda tətbiqini, eləcə də mərkəzlərdə təcrübələrin təşkilini, Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur.
Səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti ilə Belarus Respublikasının müvafiq qurumlarının nümayəndələri arasında görüşlər keçirilib. Görüşlərdə "ASAN xidmət” və Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələr barədə geniş təqdimatlar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə